??? - Tariximiz
  Chat nomre 1
  ADMINE MEKTUB
  Animasiya(283)
  Oyun kodlari ! (4 oyun)
  Chatlar
  CHAT yaratmaq .
  Azeri mahni
  Xaker
  DOMEN
  CHAT
  Silah
  Ana seyfe
  Zengimcell
  Axtaris
  Elaqe
  Tariximiz
  Sekiller
  Burcler
  Anektod
  Idman xeberleri
DUBL.AZ » Tariximiz
 

Понравился наш сайт? Расскажи о нем друзьям и знакомым. Узнать подробнее...

   
Novruz Tariximiz 

alt                     

 

     Bahar    gelir   yaz  gelir     

 

 

                Davami   Ardinda

 
   
Dunenimiz ve bu gunumuz Tariximiz 

alt
Azərbaycan Tarixi Olduğu Kimi

 

ÜMUMİ BÖLMƏ

 

 

 

AZerbaycan tarixi


Azərbaycan tarixindən Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılıb. Son iki yüz ildə Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının necə dəyişməsi dinamikası bu yazıda aydın görünür. İmperiyaların siyası məqsədləri naminə elə bir qarışıqlıq yaradılıb ki, tarixi əsl adları tapmaq üçün az qala rebus həll etmək lazım gəlir... Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa müvafiq olaraq (10.04.1840) region Gürcü - Imeretin quberniyasına (Mərkəzi Tiflis) və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü. Kaspi vilayətinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşədin qəzaları daxil olmaqla), Balakən (kecmiş Car Balakən dairəsi) və Naxcivan (Ordubad dairəsi ilə birlikdə) Gürcü-Imeretin quberniyasının tərkibinə daxil oldu. 1846-ci ildə Zaqafqaziya Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyasına Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldi. Yenidən Car-Balakən ayrı dairə kimi yarandı. 1850-ci ildə yaranmiş Irəvan quberniyasının tərkibində Naxcivan və Ordubad qəzaları yarandı. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq (1859) quberniya mərkəzi Bakıya köcdü və adi dəyişilərək Bakı quberniyası adlandı. 1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu. Car-Balakən dairəsi Zaqatala dairəsinə cevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Yelizavetpol quberniyasına: Qazax, Nuxa, Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göycay və Cavad) daxil idi. 1870-ci ildə Irəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası yarandı. 1874-cu ildə Nuxa qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldi. 1 iyul 1883-cü ildə Cəbrayil və Cavanşir qəzaları yarandı. 28 iyun 1918-ci ildə Zaqatala quberniyası, 30 avqust 1918-ci ildə Yelizavetpol quberniyası Gəncə quberniyası adlandırıldı. 1918-20-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Bununla birlikdə Gəncə quberniyasının tərkibindən müvəqqəti Qarabağ general qubernatorlugu yarandı. Onun tərkibinə Şuşa, Cavanşir, Zəngəzur və Qaryagin qəzaları daxil oldu. Axirıncı 30 avqust 1918-ci ildəCəbrayil qəzasına cevrildi. Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Nuxa qəzaları daxil edildi. Zaqatala quberniyası qəza bölgüsünə malik deyildi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldi, cənub-qərbdə isə Qubadlı qəzası yarandı. 22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldi. Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv olundu, Zaqatala dairəsi Zaqatala qəzasına cevrildi. Ərəş və Cavad qəzaları Agdaş və Salyan adlandırıldı. 1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Agdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayil-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) yaranır, 1922-ci ildə Zəngəzur qəzası ləğv edilir və Qubadlı, Cavanşir və Şamxor qəzaları yaranır. Naxcivan vilayətin Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaranır. 1923-cu ildə Dağlıq Qarabağ Muxtar vilayəti yaranır. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edilir, yeni Agdam və Kürdüstan qəzaları yaranır. Naxçıvan vilayətində hər iki qəza ləğv edilir. Bu dəyişikliklər nəticəsində respublikanin tərkibinə 15 qəza, Naxcivan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Qəzalar (Agdam, Agdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayil, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı). Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cu il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrilir. 1926-ci ildə qəzaları möhkəmlətmək məqsədi ilə Şamxor və Agdaş qəzaları ləğv edildi. Sovetlərin VI Ümumazərbaycan qurultayinin (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr yarandı (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala - Nuxa, Mugan). Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən yaradildi və Qarabağ dairəsinin tərkibindən ayrılani müstəqil Kürdüstan dairəsi yarandı. 1930-cu ildə Azərbaycan SSR-də 10 dairə Bakı, Gəncə, Zaqatala, Qarabağ (Agdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Nuxa, Şirvan (Göycay) mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust qərarı ilə respublika ərazisi 63 rayona bölünmüşdür. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv olunur və yeniləri yaranır, bununla əlaqədar olaraq onların sayı 47-yə enır. Hacıkənd, Əliabad, Ağsu, Göynük, Cüxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilir. Hil, Gəncə, Ismayillı, Nuxa və Şaumyan rayonları yaranır. 1931-ci ilin oktyabrında Petropavlovsk kəndi Sabirabad şəhəri adlanır. 1933-cu ilin martinda yenidən Qubadlı rayonu, 1934-cu ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları yaranır. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirilir. 1938-1939-cu illərdə Azərbaycanin inzibati-ərazi bölgüsündə əsas dəyişikliklər oldu. 1938-ci ilin iyulunda Qaradonlu rayonu Imişli rayonu, Hil - Qusar, Zuvand - Lerik, Biləsuvar- Puşkin, Nərimanov - Xanlar, Vəryadüz - Yardimlı adlandırıldı. 1938-ci ildə Annino kəndi Şamxor şəhəri, Goranboy kəndi Qasim Ismayilov qəsəbəsi, Yelendorf kəndi Xanlar şəhəri, Zubovka kəndi Əli Bayramlı şəhəri adlandırıldı.1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yarandı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabert rayonları Hadrut və Mardakert rayonları adlandırıldı. 1939-cuilin noyabrında Jdanov və Ismayillı rayonları yarandı. 1939-cu ildə Haciqabul şəhəri Qaziməmməd adlandırıldı. 1940-ciilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları yaranır. 1943-cu ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaranır. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edilir. 1949-cu ilin avqustunda Tərtər rayonu Mir Bəşir rayonu adlanır. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cu ildə Mingəçevir şəhərləri yarandı. 1954-cu ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-ci ilin aprelində Dəstəfur rayonu Daşkəsən rayonu adlandırıldı. 1956-ci ilin dekabrında Xızı, 1959-cu ilin sentyabrında Mərəzə rayonları ləğv olunur. 1959-cu ilin aprelində Qaryagin rayonu Füzuli rayonu adlandirılır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Agstafa, Qaziməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cu il fərmanı ilə Agcabədi, Əli Bayramlı, Agsu, Balakən, Daşkəsən, Cəbrayil, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edilir. Lakin artiq 1 ildən sonra 1964-cu ilin iyulunda Cəbrayil, Qasim Ismayilov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə 1963-cu ildə ləğv edilmiş bütün rayonlar bərpa olunur. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırılır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasınin Naxçıvan rayonu Babək rayonu adlandırıldı. Muasir inzibati-ərazi bölgüsü 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə möhkəmləndirılmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1990-ci il tarixli qərarı ilə Agstafa, Qobustan, Xizi, Haciqabul, Samux, Siyəzən rayonları yaradildi. 1991-ci il fevralın 7-də Şaumyan (kənd) rayonu ləğv edildi və Goranboy (sabiq Qasim Ismayilov) rayonu ilə birləşdırıldı. Mir Bəşir - Tərtər, Şamxor isə Şəmkir adlandırıldı. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 1991-ci il qanununa görə Stepanakert, Mardakert, Martuni rayonlarınin tarixi adları qaytarılaraq Stepanakert - Xankəndi, Mardakert - Agdərə, Martuni - Xocavənd adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradilmiş, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə vərilmişdir. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Agdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir. . .


 

 

             Tertib etdi:  ABU-nun Tarix ve ictimaiyyet fakultesinin telebesi   H. QASIMOV

 

27.01.2009 

 

 

 

 

 

 
   

Sayta   giriş              
Login
Parol
 
Sorgu?                   

Mugam
Caz
Rock
Rep
Pop
Estrada

Xeberler  toplusu      
» Ardina bax daha cox oyren
» Novruz
Arxiv                       
Mart 2009 (1)
Fevral 2009 (2)
Yanvar 2009 (12)
Dostlarimiz!             
Sizin   de  saytinizin  adi  burada  ola  biler      
 
 
Bugün 11 ziyaretçi (16 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol